Şəhər Və Şər - BADCLAUSE, Şahin Əlizadə

Şəhər Və Şər - BADCLAUSE, Şahin Əlizadə

Год
2021
Язык
`Azerbaycan`
Длительность
228670

Şarkının sözleri aşağıdadır Şəhər Və Şər , sanatçı - BADCLAUSE, Şahin Əlizadə çeviriyle birlikte

" Şəhər Və Şər " şarkısının sözleri

Çevirili orijinal metin

Şəhər Və Şər

BADCLAUSE, Şahin Əlizadə

Həmişə arzum olub ki

Gördüyüm işlərdə özümü doğruldum

Atam boş yerə vaxt sərf elədiyimi düşünüb

Əziyyətimə heyfislənməsin

Həmişə yaxşı biri olmağa çalışmışam ki

Dostlarımdan geri qalmayım

Yanlarında üzüağ olum

Səhv eləsəm belə, heç biri hirslənməsin

Həmişə arzum olub ki

Kiməsə dəyərli olduğun hiss elətdirim

Ona görə münasibətlərdə daha çox

Sevən tərəf olmağı üstün tutmuşam

Həmişə arzum olub ki

Yanımda bəzənən mənim üçün bəzənsin

Amma indiyə kimi bəzənənlər çıxıb gedib

Mən isə tək güzgünü tutmuşam

Həmişə arzum olub ki, atam kimi ata olum

Anamtək ədəb-ərkanlı bir xanım olsun yanımdakı

Övladımın tərbiyəsinə şübhəm olmasın

Heç vaxt artığın diləməmişəm, heç olmasa

Evə gələndə çörək almağa bəs edəcək qədər

Pulum olsun ki, kefimiz aclıqdan pozulmasın

Həmişə arzum olub ki

Nəyimi itirsəm də, vaxtı itirməyim

Vaxt dəyərlidir, vaxt əvəzolunmazdır

Ömür xəzinəsi artır saniyələrlə

Həmişə arzum olub ki

Kimisə nöqtə qoyası həddə gətirməyim

Bir üzrlük yolumuz qalsın

Lap bağlasalar belə önümüzü maneələrlə

Həmişə arzum olub ki

Hədəflərimə doğru irəliləyim, o yolda

Səhvlərim olacaqsa belə, özüm dərs çıxarım

Bunu mənə heç kəs demədən

Həmişə arzum olub ki

Nəyisə qazanmağa imkanım olmasa da

Əlimdəkiləri qoruyub saxlayası ağlım olsun

Bu qədəri bəsdir mənə

Arzular, arzular daşa dönür bu şəhərdə

(Ümidlər ölmüş, bəzəkli örtülər)

İnsanlar soyuq, küçələrsə buz səhərlər

(İntihar görən eyvan və körpülər)

Qayğılar, qayğılar daşa dönür bu şəhərdə

(Simalar yadlaşır gündən-günə)

İnsanlar soyuq, küçələrsə buz səhərlər

(Ocaq sönür, dönür közlər külə)

Həmişə arzum olub ki

Qarşımdakı bədbinliyi mənimsəməsin

Bəsit hisslər bizi pis edə bilər axı

Paxıllıq etməsin və kin bəsləməsin

Varsa da, hərə dağıtsın öz tələsin

Bir-birilərini gülüşlə sövdələsin

Dilimiz susacaqsa da belə, qoy

Soyuq baxışlarımızı min söz bələsin

Həmişə arzum olub ki

Vida məktubuna sığa bilməyəcək qədər

Böyük bir məhəbbətə aid olum

Və qələmin belə gücü çatmasın onu yazmağa

Həmişə arzum olub ki

Tək arzuda yox, əməldə də tapsın öz əksini

Dilədiyim bu sehirli duyğular

Haqqımız olmasın heç bunu danmağa

Bulud ağlamaz, gözüm yağdırarsa

Yağmuru quru damlara

Ömür-günümü həsr edirdim utanmadan

Məni xatırlamağı unudanlara

Sevgilim ayrılıb və ağlı gedir hələ də

Başımın boş olduğu vaxtlara

Könlün alacağıma inanıram yolu darmacal olsa da

Ömrün sonu varmadan

Boş sevgilərlə dolu yarımada

Onun da səhvləri olub hardasa

Kaş nifrətini boğub saxlasa

Və daxilində qüruru oyanmasa

Sinə qəfəsimsə yolundan da dar

Gər görünməsə qış sonundan bahar

Axı bir vaxt deyirdin – Hara getsən, yanındayam!

Tut qolumdan apar...

Arzular, arzular daşa dönür bu şəhərdə

(Ümidlər ölmüş, bəzəkli örtülər)

İnsanlar soyuq, küçələrsə buz səhərlər

(İntihar görən eyvan və körpülər)

Qayğılar, qayğılar daşa dönür bu şəhərdə

(Simalar yadlaşır gündən-günə)

İnsanlar soyuq, küçələrsə buz səhərlər

(Ocaq sönür, dönür közlər külə)

2 milyondan fazla şarkı sözü

Farklı dillerde şarkılar

Çeviriler

Tüm dillere yüksek kaliteli çeviriler

Hızlı arama

İhtiyacınız olan metinleri saniyeler içinde bulun