Eşidirsənsə Tələs - Elton Hüseynəliyev

Eşidirsənsə Tələs - Elton Hüseynəliyev

  • Yayın yılı: 2016
  • Dil: Azerbaycan
  • Süre: 5:03

Şarkının sözleri aşağıdadır Eşidirsənsə Tələs , sanatçı - Elton Hüseynəliyev çeviriyle birlikte

" Eşidirsənsə Tələs " şarkısının sözleri

Çevirili orijinal metin

Eşidirsənsə Tələs

Elton Hüseynəliyev

Kökləyib qəm məni sənsizliyə, ey çiçək

Baxışım xırdalanır

Hafizəmdə ən əziz xatirələr tərpənərək

Yuxusundan oyanır

Dəlilərtək coşub, əfqanə gəlir birdən ürək

Bədənim parçalanır

İstəyim bircə xudadan budur, çatsın sənə səs

Eşidirsənsə, tələs, eşidirsənsə, tələs

Ciddi cəhd ilə dönüb min dəfə baxdım geriyə

Səhv olub harada, nədə?

Ümid etdim bütün ömrü, yetərəm vəslə deyə

Sənsizəm, gəl, hələ də

Ruhumu qəhqəhələrlə qəm alır çərçivəyə

Qalıram məngənədə

Dustağam hicrə, dağılmır ki, dağılmır bu qəfəs

Eşidirsənsə, tələs, eşidirsənsə, tələs

Əlinə dəysin əlim

Sən danışdıqca, gülüm

Qoyma həsrətdən ölüm

Eşidirsənsə, tələs

Əlinə dəysin əlim

Sən danışdıqca, gülüm

Qoyma həsrətdən ölüm

Eşidirsənsə, tələs

Şaxta vurmuş ürəyim

Arzulayır isti nəfəs

Eşidirsənsə, tələs

Eşidirsənsə, tələs

Edə bilməz dağınıq saçlarının ətrin əvəz

Gələ min gül qoxusu

Səni andıqca vücudumda dönüb oldu mərəz

Bu məhəbbət yuxusu, bu məhəbbət yuxusu

Dilə tutdum fələyi, bəlkə bizə zülm eləməz

Ələ keçmir yaxası

Sənsiz ömür etməyə dünyada nə güc var, nə həvəs

Eşidirsənsə, tələs, eşidirsənsə, tələs

Əlinə dəysin əlim

Sən danışdıqca, gülüm

Qoyma həsrətdən ölüm

Eşidirsənsə, tələs

Əlinə dəysin əlim

Sən danışdıqca, gülüm

Qoyma həsrətdən ölüm

Eşidirsənsə, tələs

Şaxta vurmuş ürəyim

Arzulayır isti nəfəs

Eşidirsənsə, tələs

Eşidirsənsə, tələs

2 milyondan fazla şarkı sözü

Farklı dillerde şarkılar

Çeviriler

Tüm dillere yüksek kaliteli çeviriler

Hızlı arama

İhtiyacınız olan metinleri saniyeler içinde bulun