Qubernator Bağı - Мири Юсиф

Qubernator Bağı - Мири Юсиф

Альбом
Rast Aman
Год
2017
Язык
`Azerbaycan`
Длительность
287460

Şarkının sözleri aşağıdadır Qubernator Bağı , sanatçı - Мири Юсиф çeviriyle birlikte

" Qubernator Bağı " şarkısının sözleri

Çevirili orijinal metin

Qubernator Bağı

Мири Юсиф

Sanki külək kimi xəstəlik

Toxunur, üşüdür məni

Sanki səsləri eşitdim

Qorxudur, susdurur məni

Dünən gülən bu üzüm, bu gün

Yalvarır, ağladır məni

Sanki kədər mən idim

Sevinc qınayır məni

Qəribə baxdı üzlər

Gülən süni simalar

Mən ki, dəli deyiləm

Baxışlarda hər məna

Bu gün mən ayağa qalxdım

Yaşamaq istəyi ilə

Bu gün xəstəyəm dedim

Sağalmaq diləyi ilə…

O… Qəlbim badə, sevgim şərab

Mən bu gün sərxoşam, mən sərxoşam canımla

Tək oturmuşam Qubernator bağında

Bu şəhərdə tənhayam, tənhalar parkında

O… Qəlbim badə, sevgim şərab

Mən bu gün sərxoşam, mən sərxoşam canımla

Tək oturmuşam Qubernator bağında

Bu şəhərdə tənhayam, tənhalar parkında

İçimdə narın yağış

Çöldən gün qızdırır məni

Həyatın hər anında

Yalanlar coşdurur məni

Hava limanım bağlı

Təmirdə təyyarələr

Yaxınların içində

Aldanmış özgəyəm mən

Aramız çox ümidsiz

Ölkələr və kölgələr

Hər günüm adi, duzsuz

Arzular mənə söykənər

Bu gün mən ayağa qalxdım

Yaşamaq istəyi ilə

Bu gün xəstəyəm dedim

Sağalmaq diləyi ilə…

O… Qəlbim badə, sevgim şərab

Mən bu gün sərxoşam, mən sərxoşam canımla

Tək oturmuşam Qubernator bağında

Bu şəhərdə tənhayam, tənhalar parkında

O… Qəlbim badə, sevgim şərab

Mən bu gün sərxoşam, mən sərxoşam canımla

Tək oturmuşam Qubernator bağında

Bu şəhərdə tənhayam, tənhalar parkında

«Heyyo», hamı «heyyo»

Hamı birlikdə

Mən bu gün sərxoşam

«Heyyo», hamı «heyyo»

Hamı birlikdə

Mən bu gün sərxoşam

O… Qəlbim badə, sevgim şərab

Mən bu gün sərxoşam, mən sərxoşam canımla

Tək oturmuşam Qubernator bağında

Bu şəhərdə tənhayam, tənhalar parkında

2 milyondan fazla şarkı sözü

Farklı dillerde şarkılar

Çeviriler

Tüm dillere yüksek kaliteli çeviriler

Hızlı arama

İhtiyacınız olan metinleri saniyeler içinde bulun