Mikrofon Kütlədə - PRoMete

Mikrofon Kütlədə - PRoMete

  • Альбом: Köhnə Mahnılar

  • Yayın yılı: 2013
  • Dil: Azerbaycan
  • Süre: 1:14

Şarkının sözleri aşağıdadır Mikrofon Kütlədə , sanatçı - PRoMete çeviriyle birlikte

" Mikrofon Kütlədə " şarkısının sözleri

Çevirili orijinal metin

Mikrofon Kütlədə

PRoMete

Söz var — deyirlər, üzlər görmüş üz var

Dəvədən böyük fil var, əllidən böyük yüz var

Qınamağa yer də qalmayıb, bilmirsən axı necədir

Hər şey dəyişib — indi tüstüsüz də köz var

Sərbəstlik itib çoxdan, yoxdur, hərəkətlər sərhədli

Hər tində, bacada bizə baxan bir göz var

Yüz bar, yüz diskoteka var

Amma yenə də dincəlməyə yer tapmır qızlar

Gizlimiz aşkar, ingilislər Bakını apar ha apar

Bizdə artıq nə iqtisadiyyat var, nə də ki, bazar

Günümüz azar-bezar, nə qədər olar?!

Evdə üzümüzə həsrət qalıb uşaqlar

Gedəndə də pul istəyirlər

Ay qardaş, pul var?!

Bakıdır da, hər gün qazılır yollar

Maraqlıdır, nə axtarırlar?

Bizim nə çəkdiyimizi nə bilir e yuxarılar?

Düz-əməlli veriliş də yoxdur

Boşuna işləyir bu telekanallar

Çəksin də, çəksin gəlib, nə gündə yaşayırlar…

2 milyondan fazla şarkı sözü

Farklı dillerde şarkılar

Çeviriler

Tüm dillere yüksek kaliteli çeviriler

Hızlı arama

İhtiyacınız olan metinleri saniyeler içinde bulun