Azərbaycanım - Uran

Azərbaycanım - Uran

Год
2020
Язык
`Azerbaycan`
Длительность
219750

Şarkının sözleri aşağıdadır Azərbaycanım , sanatçı - Uran çeviriyle birlikte

" Azərbaycanım " şarkısının sözleri

Çevirili orijinal metin

Azərbaycanım

Uran

Cümlə Azərbaycanım!

Gücümdür Azərbaycanım!

Könlümdə bir od alovlanır

Canımdır Azərbaycanım!

Gücümdür Azərbaycanım!

Türkümdür Azərbaycanım!

Torpaqda oturanlar bilsin!

Qana qandır Azərbaycanım!

Vətən, vətən, çağır əynimdə kəfən

Ölümü bağırır bəbən

Hər doyüşdə zəfərə çatana qədər

Qadanı alana qədər Azərbaycan

Azərbaycan, Azərbaycan!

Bir əlimdə fədadır can, torpağına axıdaram qan

Layiq olmamışam sənə, bilirəm

Haçan istərsən oğlunu yerli-dibli dan!

Mən ürək bağlamışam sənə, sən bağlama, amma

Fənadır axırım, Azərbaycan — ay can, ay can…

Qurban can hər qarıncına, əriyim, qatılım torpağına

Bil ki, böyük bir fəxrdir mənə

Əlimdə qılıncım qələm, atıram ki, hər bir qədəm

Xatalıdır bu bədən bil, xatalıdır bu bədən bil

Dil bağlıdır torpağına, qızıl, qara dağına, bağına

Qurbanam Heydərbaba dağına

Heydər… Heydər… Heydər…

Heydər… Heydər… Heydər!

Türküdür peykər, hey!

İstəyi yeridər, hey!

Yeridər, yeridər!

Bizlərə qorxu, ar, bizlərə qorxu, ar!

Güclü qollu, qurd ürəkli oğulların var

Edin bunu düşmənlərin arasında car

Bu torpaq qanınızı dağıdar, dağıdar

Bu torpaq qanınızı dağıdar, dağıdar

Cümlə Azərbaycanım!

Gücümdür Azərbaycanım!

Könlümdə bir od alovlanır

Canımdır Azərbaycanım!

Gücümdür Azərbaycanım!

Türkümdür Azərbaycanım!

Torpaqda oturanlar bilsin!

Qana qandır Azərbaycanım!

İlanın ağına, qarasına lənət, dalında ağasına lənət

Canavar qoymayıb halət!

Ya Rəbb, kömək et, orduma taqət!

Neçə il çəkir əsarət?

Hanı ədalət?

Varmı nəzarət?

Sizinçün adi torpaqlar, bizimçün işğal faktoru rəzalət!

Kim deyir «sülh», gəl bura!

Otuz il geriyə sür və gəl bura!

İndisə gec qəbula.

Əsgəri gücümə vec atan tapılar

Bağlı qapılar.

Savaşım haqq!

Mənəmi yaraşmır savaşmaq?

Dığanın cavabını verməkçün indi lazım hələ bir dünyadan soruşmaq?!

Oyatdınız milli şüurumu, istədiniz süqutumu, aldınız zühurumu!

Saymadınız xalqın qürurunu, torpağa vurğunlar döyüşər uğrunda

Silah danışığa, bil, verməz yol.

Ədalətsiz barışıq?

Dinməz qoy!

Üzüm gülməz tam, əgər Gülüstan işğalda, ordu məşğul xilasla!

İndi…

Bu dastanı yazır əsgər qanı, şəhid canı ilə (ya Allah!)

Bütöv Azərbaycan üçün!

Bütün Azərbaycan ilə (dinlə)

Cümhuriyyətin ərazisi olmalı cümlə hürr (hə)

Yarımçıq vətən — bu nə ifadə, denən, bu nə cümlədir?!

Ordumun addım səsi ifrit sürüsünü artıq salıb qorxuya

Hesab vaxtı gəlib, cavab verməli sorğuya!

Bu oğurluq diyar!

İndi hay bağırsın oğru, vay edib imdad çağırsın oğru

Zay edib son şansı çıxartsın ordan

Ya ağ bayraq, ya da bas bayıra burdan!

(Çünki)

Cümlə Azərbaycanım!

Gücümdür Azərbaycanım!

Könlümdə bir od alovlanır

Canımdır Azərbaycanım!

Gücümdür Azərbaycanım!

Türkümdür Azərbaycanım!

Torpaqda oturanlar bilsin!

Qana qandır Azərbaycanım!

Cümlə Azərbaycanım!

Gücümdür Azərbaycanım!

Könlümdə bir od alovlanır!

Canımdır Azərbaycanım!

Cümlə Azərbaycanım!

Türkümdür Azərbaycanım!

Torpaqda oturanlar bilsin!

Qana qandır Azərbaycanım!

2 milyondan fazla şarkı sözü

Farklı dillerde şarkılar

Çeviriler

Tüm dillere yüksek kaliteli çeviriler

Hızlı arama

İhtiyacınız olan metinleri saniyeler içinde bulun